Həftəsonu baş verən qəzalarda ölənlərin sayı açıqlandı

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Yenicag.az-a bildirilib ki, sentyabrın 17-18-də respublikanın avtomobil yollarında ölümlə nəticələnən 3 yol-nəqliyyat hadisəsi baş verib.

Nəticədə 3 nəfər ölüb.