!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Həftəsonu hava şəraiti necə olacaq?

!Reklam – Yazi

İstirahət günləri üçün hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Yenicag.az-a verilən məlumata görə, Böyük və Kiçik Qafqaza səyahət edən insanların nəzərinə çatdırılır ki, hava şəraitinin arabir yağışlı, dumanlı olacağı gözlənilir. Havanın temperaturu dağətəyi rayonlarda 5-10, dağlıq rayonlarda 3-5 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsinə üz tutanların nəzərinə çatdırılır ki, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Zəif şərq küləyi üstünlük təşkil edəcək. Havanın maksimal temperaturu 9-12, dağlıq rayonlarda 6-9 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağışlı olacağı gözlənilir. Gecə və səhər saatlarında ayrı-ayrı yerlərdə duman müşahidə olunacaq. Havanın maksimal temperaturu 8-13 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-nın hava şəraitinin arabir yağışlı olacağı gözlənilir, dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur. Zəif şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 6-11 dərəcə isti təşkil edəcək.

Paytaxt qonaqlarının nəzərinə isə çatdırırıq ki,buludlu hava şəraiti üstünlük təşkil edəcək, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın maksimal temperaturu 9-11 dərəcə isti təşkil edəcək.

www.yenicag.az

2065
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv