“Həftəsonu keçiriləcək imtahanlara gəlincə ya tarix dəyişdirilə, ya da təxirə salına bilər”.
Yenicag.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
O bildirib ki, bununla bağlı qərar sabaha dəqiq məlum olacaq.
Qeyd edək ki, iyunun 6-7-si üçün XI və IX sinif üzrə buraxılış imtahanlarının keçirilməsi planlaşdırılıb.