Həftəsonu qəzalarda ölənlərin sayı AÇIQLANDI

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

Yenicag.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, martın 12-13-də respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib.

Nəticədə 13 nəfər ölüb, 8 nəfər xəsarət alıb.