Həftəsonu yol qəzalarında neçə nəfər öldü?

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Yenicag.az-a bildirilib ki, avqustun 12-13-də respublikanın avtomobil yollarında ölümlə nəticələnən 6 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Nəticədə 7 nəfər ölüb, 7 nəfər isə xəsarət alıb.