Həftəsonu yol qəzalarında ölənlərin sayı açıqlandı

Həftəsonu yol-nəqliyyat hadisəsi nəticəsində ölənlərin sayı açıqlanıb.

Yenicag.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, iyulun 23-24-də ölümlə nəticələnən səkkiz qəza baş verib.

Qəzalar nəticəsində 10 nəfər ölüb, iki nəfər isə xəsarət alıb.