Otorarinqoloq Yuriy Belanenko ağır xəstələrə tibbi müalicəsinin kömək etmədiyini gördükdə onlara müqəddəslərin məzarını, xüsusən müqəddəs Lukanın qalıqları olan monastırı ziyarət etməyi məsləhət görür.
Yenicag.az xəbər verir ki, Sevastopolun tanınmış həkimi olan Belonenko müqəddəs yerləri ziyarət etməyi resept kimi də yazır. O, bunu belə izah edir:
“Mən görəndə ki, müalicədə tibb və həkim çarəsizdir, o zaman müqəddəs Luku ziyarət etməyi tövsiyyə edirəm. O, rusiyalı cərrah olub, rus –yapon müharibəsində Qırmızı Xaçın xətti ilə Şərqdə insanlara, əsgərlərə yardım edib, ən ağır yaralıları xilas edib.
1921-ci ildə rahib olub. O, həmişə əməliyyatdan öncə Müqəddəs Məryəmə dua edir, xəstəyə tövbə etdirir, xəstənin bədənində cərrah bıçağında yodla xaç işarəsi çəkib sonra əməliyyata başlayardı. Ona görə onun xəstələrə xüsusi kömək edəcəyinə inanıram. Hətta müsəlman və başqa dinlərdən olan xəstələrimi də ora göndərirəm”.