!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Həkim səhlənkarlığına nazirlik göz yumur? - İDDİA

!Reklam – Yazi

İsmayıllı rayon sakini Qabil Babayev həkim səhlənkarlığına qurban gedərək bir gözünün görmə qabiliyyətini itirdiyini və bu fakta nazirliyin göz yumduğunu, məhkəmələrin isə hadisəyə obyektiv yanaşmayıb haqsız hökm verdiyini qeyd edib.

Yenicag.az xəbər verir ki, Qabil Babayevin sözlərinə görə, 2015-ci ildə sağ gözündən zərbə alması səbəbi ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasına müraciət edib və onu həkim-oftalmoloq Məhəmməd Qorçuyev qəbul edib. Gözünə diaqnoz qoyub iki aylıq müalicə yazan M.Qorçuyev iddiaçıya müalicə bitdikdən sonra yenidən yanına gəlməyi məsləhət bilib. Ancaq hadisədən iki gün keçdikdən sonra iddiaçı Q.Babayevin gözü tutulub.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimlərinin məsləhəti ilə gözünü Türkiyədə xəstəxanaların birində əməliyyat etdirən Q.Babayev üç ildən çoxdur ki müalicə olunmasına baxmayaraq, görmə qabiliyyətinin normallaşmadığını bildirib.

Məsələ ilə bağlı lazımi orqanlara müraciət etdiyini bildirən iddiaçı məsələyə məhkəmələr tərəfindən obyektiv yanaşılmadığını və ədalətsiz qərarlar çıxarıldığını bildirib: “M.Qorçiyevin təyin etdiyi səhv diaqnozun nəticəsi olaraq gözümün tutulması ilə bağlı 2016-cı ildə Yevlax Rayon Məhkəməsinə müraciət etmişəm. Yevlax Rayon Məhkəməsi tərəfindən iş Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinə ekspertizaya göndərilib. Təəssüf ki, ekspertiza tərəfindən iş üzrə həqiqətəuyğun olmayan saxta rəy verilib. Gözümün tutulması əsassız olaraq anadangəlmə problemlərlə əlaqələndirilib.”

Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyi tərəfindən rəyin verilməsinin 2016-cı ilin sonundan 2018-ci ilin ortalarınadək, təxminən bir il yarım çəkdiyini bilidirən Q.Babayev bunun səbəbinin Birliyin nümayəndəsi Ziyafəddin Məmmədovla həkim Qurban İsmayılovun bir-biriləri ilə anlaşa bilməməsi olduğunu iddia edib: “Birlikdən mənə bir neçə dəfə zəng edərək ekspertizaya çağırsalar da, Q.İsmayılov ekspertizanı keçirməkdən imtina edib. Q.İsmayılov hər dəfə bildirib ki, ekspertizaya bütün lazımi sənədlər və hadisə ilə bağlı həqiqəti üzə çıxaracaq suallar göndərilməyib. Bununla da, gözümün tutulması ilə bağlı M.Qorçiyevin əməllərini ört-basdır etmək istəyirlər”.

Sonuncu dəfə 2018-ci ildə Q.İsmayılovun yanında olmuş iddiaçı Q,İsmayılovun ona rəyi yalnız doğru suallar əsasında yazacağını bildirdiyini qeyd edib. Ancaq bir neçə gün sonra Yevlax Rayon Məhkəməsindən iddiaçıya prosesə çağırış gəlib. İşə konkret suallar üzrə yenidən baxılması və təkrar ekspertizanın təşkili üçün Yevlax Rayon Məhkəməsində vəsatətlə çıxış edən Qabil Babayevin vəsatəti təmin edilməyib.

Daha sonra Yevlax Rayon Məhkəməsinin qərarından Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti ilə müraciət etsə də, hakim İnşallah Quliyev Yevlax Rayon Məhkəməsinin hakimi Vəzirxan Məlikovun qərarını qüvvədə saxlayıb.

Bu vaxtadək gözünü müayinə edən bütün həkimlərin səhv diaqnozun qoyulması ilə bağlı rəylərinin olduğunu bildirən və M.Qorçiyevin özünün də səhv diaqnoz qoyduğunu etiraf etdiyini iddia edən Q.Babayev bütün bu faktlara Ədliyyə Nazirliyi və Səhiyyə Nazirliyi tərəfindən göz yumulduğunu, bu məsələnin üstündən keçilməyə çalışıldığını bildirib.

Qeyd edək ki, məsələ ilə bağlı yekun qərarın növbəti həftə Ali Məhkəmədə elan olunacağı gözlənilir.

Aqil Bəkir

www.yenicag.az

5793
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv