!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Həkim səhlənkarlığının qurbanı olan XALQ ARTİSTİ: “Xəstəliyinin ağırlaşdığı vaxtda…”

!Reklam – Yazi

“Heyf Şahmar dünyasını tez dəyişdi. Həkim səhlənkarlığının qurbanı olmasaydı, yaşayacaqdı və kinoda daha neçə-neçə gözəl obrazlara can verəcəkdi…”

Bu sözləri tanınmış rejissor Əbdül Mahmudbəyov anım günü olan Xalq artisti, məşhur aktyor Şahmar Ələkbərovla bağlı xatirələrini Yenicag.az-a la bölüşərkən deyib.Şeyx Əbdül Şahmar Ələkbərovu Azərbaycan milli kinosunun sütünu kimi dəyərləndirib:

“Şahmar həm səsi, həm görüntüsü, həm də istedadı ilə milli kinonun əvəzolunmaz aktyoru idi. İlk dəfə ən böyük rolu “Dağlarda döyüş” filmində olub. O vaxtlar baş rollara əcnəbi millətdən oaln aktyorları çəkirdilər. Yadımdadır ki, ustadım Ədil İsgəndərov “yuxarılarla” mübarizə apardı və dirəniş göstərəndən sonra Şahmarı baş rola təsdiqlədilər. Şahmar həmin filmin ardınca çoxlu filmlərə çəkilməyə başladı. Yeganə aktyorlardan idi ki, aktyorluğu ilə bərabər, insanlığı ilə də sevilib. Ailə başçısı kimi də mükəmməl idi. Bir çox kino adamları var ki, aktyor kimi mükəmməl olsalar da, ailə başçısı kimi uğursuz olublar. Amma Şahmar ailəsinə çox bağlı idi. Yadımdadır, əkiz qızları dünyaya gələndə bütün kino işçiləri yığışıb xəstəxanaya getmişdik. Şəfqət bacısı xəbər gətirdi ki, Şahmarın əkiz qızları doğulub. Dedik, bu nədir, birdən-birə iki qız?Şahmar zarafatla dedi ki, bəli, evdə bir kişi olar”.

Şeyx Ş.Ələkbərovun vaxtsız ölümünün dostlarını çox sarsıtdığını bildirib:

“Şahmarın ölümü qəfil oldu. Dişi ilə bağlı problemi var idi, sonradan bu problem sümük çürüməsi ilə nəticələndi və ağır xəstəliyə çevrildi. O xəstəliklə beş-altı il yaşadı. Hətta xəstəliyinin şiddətləndiyi bir vaxtda belə filmlərə çəkilməkdən imtina etmirdi. Sənətinə çox bağlı idi. Ölüm xəbəri ilə hamımızı sarsıtdı. Onun yoxluğu ilə bu gün də barışa bilmirəm”.

Cəvahir

www.yenicag.az

458
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv