Həkim təyinatı olmadan kor-koranə antibiotik alıb istifadə etmək adi hala çevrilib desək yanılmarıq. İnsanlar bu vasitələrin heç bir fəsadı olmadığını əksinə daha sağlam olacaqlarını düşünürlər. Lakin bu doğru bilinən yalnışlardandır.
Yenicag.az xəbər verir ki, həkimlə məsləhətləşmədən antibiotikdən istifadə etmək olmaz. Burda bir maraqlı məqama toxunmaq lazımdır. Son zamanlarda həkimlər də rahat yol tapıblar. Onlar da xəstəyə tez antibiotik təyin edirlər.
Çox zaman az yaşlı övladları xəstələnən valideynlər onları həkimə aparmadan ev şəraitində antibiotikləri köməyi ilə müalicə etməyə çalışırlar. Uyğun olmayan insanların məsləhəti ilə övladlarına antibiotik vururlar. Bu isə onları sağaltmaq əvəzinə onların səhhətlərində gələcəkdə ciddi fəsadlara səbəb ola bilər.
Tibb Universitetinin Tədris Cərahiyyə klinikasının neanotologiya kafedrasının müdiri Aygün Rüstəmxanlının bildirdiyinə görə, əgər uşaqda ishal, qaytarma qusma əlamətləri varsa, o zaman ilk növbədə maye itkisi bərpa olunmalıdır. Maye mühitini bərpa etmək üçün xəstəyə damar yolu ilə serum vurulmalıdır. Lakin bu o demək deyil ki, antibakterial müalicəyə başlanılmalıdır. Bəzən virus infeksiyası 5-7 gün sonra yüksək qızdırma verə bilər.
Uşağı qorumaq üçün, klinik vəziyyətinə kömək etmək məqsədilə bir sıra qızdırma salan dərmanlardan istifadə edilməlidir. Uşaq mütləq həkim nəzarətində olmalıdır. Antibiotiklər istifadəsi yalnız həkimin əsaslı müayinəsi və təyinatından sonra istifadə edilir. Yersiz antibiotik təyinatı isə xəstənin ümumi müqavimətini daha da azaldır. Bir şey ki, süni şəkildə yaradılmış bir preparatdır və bunu istifadə etmək doğru deyil.
Xəstədə qulaq otiti diaqnozu varsa, təbii ki, o minimum 7 gün antibakterial terapiya almalıdır. Bundan əlavə pnevmaniya zamanı da antibiotiklərdən istifadə etmək lazımdır. Amma uşaqda rotovurus varsa və ishal, qusma şikayətləri qeydə alınarsa o zaman antibakterial müalicənin ona yalnız zərəri olacaq. Buna görə də hər hansı bir xəstəlik zamanı özünü müalicə ilə məşğul olmaq yerinə mütəxəssisə müraciət etmək lazımdır./medicina.az/