!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Həkimdən Kərimə qadağa: "Meyxana demək olmaz"

!Reklam – Yazi

Meyxanaçı Kərimin səhhətində irəliləyiş olsa da, həkim nəzarəti altında müalicəsi davam edir.

Bu barədə Yenicag.az-a meyxana ustadının bacısıoğlu Rüstəm Cənnətov açıqlama verib:

“Dayımın vəziyyəti yaxşıdır, amma müalicəsi davam edir. Həkimlər meyxana deməsinə icazə vermir, çünki ona həyəcanlanmaq və çox düşünmək olmaz. İnşallah, müalicəsi başa çatandan, tam sağalandan sonra yenə də məclislərə gedəcək”.

Bacısıoğlu Kərimə həm maddi, həm də mənəvi cəhətdən dəstək olan dostlarından da danışıb:

“Ağamirzənin adını böyük hərflə yazın, çünkü, hər gün onunla maraqlanır. Qardaşın qardaşa etmədiyini Ağamirzə Kərimə edib: həm maddi, həm də mənəvi cəhətdən… Onun yaxşılıqlarını heç vaxt unutmarıq”.

R.Cənnətov Kərimin hələ də anasının itkisiylə barışmadığını deyib:

“Dayım anasının itkisi ilə hələ də barışmaq istəmir. Onu yadına salıb kövrəlir. Deyir, anamın son nəfəsində yanında ola bilmədim. Bunu özünə bağışlaya bilmir”.

Cəvahir

www.yenicag.az

2858
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv