Həkimə getmək əvəzinə, qonşu məsləhətini dinləyənlər: Türkəçarə hansı fəsadlar yarada bilər? – VİDEO
Zaman-zaman insanların bədənlərinin müxtəlif yerlərində ağrılar ola bilir. Bu zaman bəzi şəxslər həkimə getmək əvəzinə, qonşu məsləhəti ilə “bu bitkini qaynat iç, ağrın keçəcək”, “bu qidanı qəbul et, sağalacaqsan” kimi fikirləri dinləyərək, türkəçarə yollarla sağalmağa çalışırlar. Bu da daha sonradan onların orqanizmində bir sıra fəsadlara da gətirib çıxara bilir. Bəs görəsən, hər hansı bir yerimiz ağrıyan zaman kimlərinsə məsləhəti ilə belə türkəçarə yollardan istifadə etmək nə dərəcədə düzgündür?
Mövzu ilə bağlı Yenicag.az-a danışan professor Adil Qeybulla deyib ki, həkim təyinatı və məsləəhəti olmadan bu yolları tətbiq etmək olmaz.
Ətraflı videonu təqdim edirik:
İsmayıl Bakuvi
Samir Məcidov
Məsimə Məmmədova