Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

"Həkimin öldürdüyü 9 yaşlı Süleymana metilin yox, ditilin vurulub" - Adil Qeybulla

Həkim səhlənkarlığı yeni bir uşaq ölümünə səbəb olub. Xəbər verildiyi kimi hadisə Ağdaş Mərkəzi Rayon Xəstəxanasında baş verib. Belə ki, Qəbələ rayon Qaradeyin kəndinin 9 yaşlı sakini Mehralıyev Seymur Qoşqar oğlu sağ said sümüyünün sınığı ilə sözügedən xəstəxanaya gətirilib.

Xəstəni qəbul edən həkim İdris Əliyev azyaşlının əməliyyat olunmasını məsləhət görüb. Uşağı əməliyyata hazırlayan həkim Nizaməddin Məsimov ona narkoz verib. Azyaşlı əməliyyata girərkən qəfildən ölüb. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova mətbuata açıqlamasında hazırda faktla bağlı Ağdaş rayon Prokurorluğunda cinayət işinin açıldığını bildirib.

Azərbaycanda son illər müasir tələblərə cavab verən müalicə mərkəzləri tikilərək istifadəyə verilib. Amma göründüyü kimi səhiyyəmizdə kadrlar baxımından hələ də problemlər yaşanır. Bir sıra həkimlərin öz işinə səhlənkar, qeyri-peşəkarcasına yanaşması sonda sağalmağa gələn xəstənin ölümü ilə nəticələnir.

Həkim səhlənkarlığı məsələsinə toxunan tibb elmləri doktoru Adil Qeybulla Yenicag.az-a açıqlamasında bildirdi ki, səhlənkarlıq üzündən xəstə vəfat edir , yaxud xəsarət alırsa, həmin tibb işçisi cinayət məsuliyyətinə cəlb edilməlidir:

“Mətbuatda yazıldığına görə, uşağa metilin vurulub. Amma bu preparatın adı metilin deyil, ditilindir. Əməliyyatdan qabaq ona ditilin vurulub. Nəyə görə anaflaktin çox olub, nədən ona ilk yardım göstərilməyib? Anlamıram. Bütün həqiqətlər ekspertizanın nəticələrindən sonra bəlli olacaq. Söhbət ondan gedir ki, Ağdaş xəstəxanasında olan hadisə narkoza giriş prosesində baş verib. Amma ekspertiza onun başqa nüanslarını da araşdırmalıdır. Biz mətbuatdakı informasiyalara əsasən rəy verə bilmərik. Təbii ki, bu kimi hadisələrin həkim səhlənkarlığı nəticəsində baş verdiyi sübuta yetirilərsə, burada cinayət predmeti var. Belə olan halda məsələ artıq başqa instansiyada müzakirə olunmalıdır”.

ELÇİN

Yenicag.az

www.yenicag.az

548
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM