Həkimlər sui-qəsdə məruz qalmış Slovakiyanın baş naziri Robert Fikonun sağlamlığının bərpasına yönəlmiş tədbirləri davam etdirirlər.
Yenicag.az xəbər verir ki, bu barədə Slovakiyanın müdafiə naziri Robert Kalinyak danışıb.
“Gecə ərzində həkimlər xəstənin vəziyyətini stabilləşdirə biliblər”, – deyən Kalinyak vəziyyətin ciddi olaraq qaldığını qeyd edib.
Fikonun qaldığı xəstəxananın həkimləri əməliyyatın 5 saat davam edib, bundan sonra baş nazir huşunu itirib.
Gecə saatlarında ölkənin baş nazirinin müavini Tomas Taraba jurnalistlərə bildirib ki, Fikonun həyatı üçün heç bir təhlükə yoxdur: “Mənim bildiyimə görə, əməliyyat xoşbəxtlikdən, sonda onun sağ qalacağını düşünürəm”.
Fiko çərşənbə günü Bratislavadan 150 km aralıda yerləşən Gandlova şəhərində atışma zamanı yaralanıb.
Baş nazirə atəş açan şəxs Slovakiyanın cənub-şərqində yaşayan 71 yaşlı kişidir. İlkin məlumatlara görə, o, siyasi motivlərlə məşğul olub.