Reklam

Reklam

İnsult xəstəliyindən əziyyət çəkən meyxanaçı Kərimin xəstəxanaya yerləşdirilməsi ilə bağlı xəbərlər yayılıb.

Yenicag.az-a açıqlama verən meyxana ustadının bacısıoğlu Rüstəm Cənnətov dayısının evdə müalicə olunduğunu deyib:

“Yox, dayım həkim nəzarəti altında evdə müalicə alır. Lazım olanda xəstəxanaya apırırıq, müayinə olunur. Bu xəstəlik elədir ki, tədricən sağalır. Həkim deyir əsəbiləşməsin, siqaret çəkməsin, dərmanlarını vaxtlı-vaxtında qəbul etsin, “şəkər”i qalxmasın. Özünə də deyiblər ki, bunu etsən, sağalacaqsan. Dostları da sağ olsun, onu darıxmağa qoymur. Ağamirzə demək olar ki, hər gün əlaqə saxlayır”.

Rüstəm dayısına gələn saysız-hesabsız toy dəvətlərindən də danışıb:

“Rayonlardan da gəlib, onu toya dəvət edirlər. Hər kəs dayımı məclisində görmək istəyir. Amma hələ ki, həkimlər buna icazə vermir. Elə televiziyalardan da onu verilişlərə dəvət edirlər. Kərim özü istəmir ki, efirə çıxsın, çünki onu həyəcanlandıran suallar ola bilər. Amma xoş xəbər də deyim. May ayında Kərimin doğum günü olacaq. Bununla bağlı telekanallardan dəvətlər almışıq. Ola bilsin ki doğum günü efirə çıxsın”.

Cəvahir

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 2870
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.