Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

"Həkimlər gözləyirdilər ki..." - Ağır xəstəlikdən dünyasını dəyişən xalq artistinin SON GÖRÜŞÜ

“Səhnədə böyük aktyor idi, amma həyatda heç vaxt oynamırdı…”

Əməkdar artist Novruz Qartal mərhum xalq artisti, görkəmli aktyor Bəşir Səfəroğlunun doğum günündə xatirələrini Yenicag.az-la bölüşüb:

“Bəşir Səfəroğlu kimi böyük aktyorla səhnədə tərəf-müqabili olmaq mənim üçün böyük xoşbəxtlik idi. “Ləpələr” tamaşasında onunla eyni səhnəni bölüşdük. Onu səhnədə komik aktyor kimi görənlər elə bilirdilər ki həyatda da belə insandır. Xeyr, Bəşir Səfəroğlu heç vaxt şit zarafatı sevməzdi; nə həyatda, nə səhnədə. Aktyorlara qarşı da çox tələbkar idi. O ciddi yumor nümayiş etdirirdi. Ömrünün son günləri ağır xəstəliklə mübarizədə keçdi. Amma güclü insan idi. Ən ağır vaxtlarında belə səhnəyə çıxdı. Yadımdadır, ağır əməliyyat olunmuşdu, Yaşıl Teatrda “Milyonçunun dilənçi oğlu” tamaşasında oynadı. Tamaşaçılar bilmirdi, amma onun səhhəti çox ağır idi. Həkimlər kənarda oturub onu izləyirdilər ki, vəziyyəti pisləşsə, yardım göstərsinlər. Bu, tamaşa aktyorun son tamaşaçı oldu. Elə xalq artisti fəxri adını da həmin gün elan etdilər. Bəşir Səfəroğlunun rəhbər orqanlarda çoxlu dostları vardı, hansı ki, onun bir sözünü iki eləmirdilər. O, özünə hörmət qazanmış şəxsiyyət idi. Ölümü
Hər kəsi məyus etdi. Dəfninə qatılan böyük bir izdiham onu son mənzilə yola saldı”

Novruz Qartal aktyorun xobbisindən də danışıb:

“Bəşir Səfəroğlu futbol azarkeşi idi və “Neftçi”nin bir oyununu belə qaçırmazdı. “Neftçi”nin qələbəsini teatrda da qeyd edirdi”.

Cəvahir

www.yenicag.az

1279
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100