“Həkimlər İsgəndər Həmidovun həyatı ilə çarpışırlar” – Adil Qeybulla

“Hazırda İsgəndər Həmidovda mütəmadi tənəffüs pozuntuları qeydə alınır və bu vəziyyət onun üçün həyati təhlükə yaradır”.

Yenicag.az xəbər verir ki, professor Adil Qeybulla keçmiş daxili işlər naziri İsgəndər Həmidovun vəziyyətinin son dərəcə ağırlaşdığını bildirib.

Professorun sözlərinə görə, həkimlər sabiq nazirin həyatı ilə çarpışırlar:

“Bir neçə gün öncə qardaş Türkiyədən gəlmiş neyrocərrah, professor Kadir Tafta ilə konsultasiya edildi. Baş beynin tomoqrafiyası müayinəsi zamanı işemik prosesin artıq beynin hər iki yarımkürəsini əhatə etməsi müəyyən edildi.

Cərrahi əməliyyat və ya onun xaricə aparılması variantları məqsədəuyğun sayılmadı. Aparılan müalicə sxeminə müəyyən korrektələr edildi.

Hazırda hemodinamikası inotrop (dərman preparatları hesabına) dəstəkdədir, qeyri-stabildir. Mütəmadi tənəffüs pozuntuları qeyd edilir. Bir sözlə, həkimlər onun həyatı ilə çarpışırlar”.

Gülşən Şərif