Həkimlər köhnə əskinası qəbul etmədilər, yeni doğulmuş körpə öldü

iHindistanda yeni doğulmuş körpə həkimlərin köhnə əskinası qəbul etməməsi səbəbindən ölüb.

Yenicag.az oxu.az-a istinadən bildirir ki, bu barədə The Independent qəzeti yazır.

Nəşrin məlumatına əsasən, hadisə Mumbay yaxınlığında yerləşən qəsəbələrin birində baş verib. Uşağın müalicəsi üçün xəstəxanaya müraciət edən cütlüyə altı min rupi (151 manat) məbləğində depozit köçürmək təklif olunub.

Valideynlər bu məbləği ödəyəndə 500 rupilik əskinaslardan birinin köhnə nümunədən olduğu üçün xəstəxana administrasiyası pulu qəbul etməkdən imtina edib. Bu səbəbdən valideynlər digər xəstəxanaya müraciət etməyə məcbur olublar, lakin körpə yolda dünyasını dəyişib.

Hindistan hüquq-mühafizə orqanları faktla bağlı arşdırmaya başlayıblar.