Həkimlər psixi xəstəni liftdə döydülər – VİDEO

Psixiatriya xəstəxanasının sanitarları psixi xəstə qadına qarşı güc tətbiq ediblər.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, Rusiyanın Yaroslavl vilayəti psixiatriya xəstəxanasının sanitarları yaşayış evinin liftində pasiyenti döyüblər.

Məlumata görə, çağırışla yaşayış binasına gələn sanitarlar psixi problemləri olan qızı özləri ilə aparmağa çalışıblar. Lakin liftə daxil olduqdan sonra onlar ağlayan qızı vurmağa başlayıblar. Liftdəki müşahidə kamerası qızın döyülmə anını qeydə alıb.

Xəstəxanadan fakt üzrə araşdırma aparıldığı bildirilib.