Efiopiyada əqli qüsurlu bir xəstənin mədəsindən 120 ədəd mismar çıxıb.
Yenicag.az xəbər verir ki, paytaxt Addis-Ababada yerləşən Peter xəstəxanasının həkimləri 33 yaşlı bir xəstənin mədəsində yad cisimlər olduğunu müəyyən ediblər.
Hər şey əqli problemlər yaşayan şəxsin xəstəxanaya gələrək qarın ağrılarından şikayət etməsindən sonra üzə çıxıb. Onu müayinə edən həkimlər gördükləri mənzərə qarşısında şok olublar. Qısa zamanda xəstə əməliyyat olunub.
Təxminən 2.5 saat davam edən əməliyyatdan sonra xəstənin mədəsindən 120 mismar, üç iynə və iki qırıq şüşə stəkan çıxarılıb.
Cərrah David Terre əməliyyatın müvəffəqiyyətli keçdiyini və xəstənin həyati təhlükəsinin olmadığını bildirib.