Həkimlər şokda: Xəstənin mədəsindən 33 yad cisim çıxarıldı – FOTO

Hindistanda qarın ağrısı ilə xəstəxanaya müraciət edən şəxs həkimləri təəccübləndirib.

Yenicag.az xəbər verir ki, buna səbəb əməliyyat zamanı xəstənin qarnından çıxan jilet, bıçaq və tornavida kimi maddələrdən ibarət 33 yad cismin çıxması olub.

Anasının dediyininə görə oğlu Yoqeş Zakur əlinə nə keçsə yeyirmiş. Bundan sonra xəstənin mədəsini “rentgen” cihazı ilə yoxlayıb. Bundan sonra onu təcili əməliyyat ediblər.

Yoqeşin vəziyyətinin yaxşı olduğu, yad cisimləri yeməsinə səbəb “Pika” adlı xəstəliyinin olması bildirilib.

 

COP29