EKO metodu ilə süni mayalanma prosesindən qaynaqlanan əks təsirlər və orqanizmə mənfi fəsadından qadınlar arasında ölüm hallarının sayında dəhşətli artım var.
Yenicag.az xəbər verir ki, bunu London klinikasının reproduktib təbabət üzrə ekspertləri bildirir.
EKO-ya hazırlıq dövründə yumurtalıqların hiperstimulyasiyası zamanı ağır nəticələr son 5 ildə pik həddə çatıb. 2017-2018-ci illərdə bu sindrom səbəbindən 62 britaniyalı qadın xəstəxanaya düşüb. 7 il ərzində 800 nəfər bu diaqnozla hospitəlizə olunub.
Əslində hiperstimulyasiyadan yüngül formada hər bir pasiyent əziyyət çəkir. Bu zaman onlar ağrıkəsiciərlə dözürlər.
Ağır formada isə ayaq və ağciyərlərdə tromb əmələ gəlmə riski yüksəlir, döş qəfəsinə artıq maye toplanır, xəstə çətin nəfəs alır.
Vaxtında xəstəxanaya çatdırılmasa xəstə ölür.
Normada sağlam qadının yumurtalığı ay ərzində 1-2 yumurta hasil edir. EKO-ya hazırlaşanda həkimlər süni olaraq stimulyasiya edərək daha çox yumurta toplamaq istəyirlər. 20, 40 yumurta alındığı hallarda orqanizmdə dəhşətli proseslər gedir.
Alimlər hesab edir ki, bu metodla yumurtalıqların stimulyasiyası çox təhlükəlidir və ona ehtiyac da yoxdur. EKO özlüyündə çətin bir prosesdir, burda qadının psixikası və orqanizmi onsuz da yüklənir. Bu halda ananın gələcək həyatı, sağlamlığı çox riskə atılmamalıdır./Medicina/