Həkimlərdən meyxanaçı İntiqama QADAĞA

Bir müddət öncə ağır əməliyyat keçirən, sonradan ev şəraitində müalicəsini davam etdirən meyxanaçı İntiqam Rüstəmov səhhətindən danışıb.

Yenicag.az-a açıqlama verən İntiqam yavaş-yavaş özünə gəldiyini deyib:

“Bu elə bir xəstəlikdir ki, yavaş-yavaş düzəlirəm. Həkimlər deyir, çox oturmaq olmaz, soyuqdan özümü gözləməliyəm. Amma meyxana demək üçün heç bir problem yoxdur”.

Meyxanaçı xəstəliyinin bir sınaq olduğunu deyib:

“Bu xəstəlik mənim üçün bir imtahan oldu. Dostlarım sağ olsunlar. Yanıma gələnlər də oldu, gəlməyənlər də. Zəng edib, “indi xəbər tutmuşuq” deyənlər də var. Canları sağ olsun”.

Cəvahir

COP29