Həkimlərdən Şeyxə QADAĞA: “…yoxsa məni xilas edə bilməyəcəklər…”

“Həkimlər deyir, əgər özünü gözləməsən, koronavirusa yoluxsan, səni xilas edə bilməyəcəyik”.

Bunu Yenicag.az-a aıçqlamasında səhhətində problemlər yaşayan tanınmış rejissor, Xalq artisti Əbdül Mahmudbəyov deyib.

Rejissor yaxın günlərdə əməliyyat olunacağını da bildirib:

“Mədəmdə yara var, bronxlarım xəstədir. Yaxın günlərdə əməliyyat olunmalıyam. Ev şəraitində müalicə alıram. Həikmlərin qəti tapşırığı var ki, heç yerə getməyim, özümü qoruyum. Nadir hallarda evdən çıxıram, onda da spirtlənə-spirtlənə gəzirəm. Çünki immunitetim çox zəifdir. Əgər virusa yoluxsam, həyatla vidalaşmalı olacam. Həkimlər deyib ki, yoluxacağın təqdirdə səni sağalda bilməyəcəyik.

Hərdən dostlar inciyir ki, dəvət etdiyimiz yerlərə gəlmirsən. Efirlərə də çıxa bilmirəm, verilişlərdən imtina edirəm. Çünki həyatım təhlükə altındadır. Yaradıcılıqdan da uzaq düşmüşəm. Pandemiya bitsəydi, yeni filmimin çəkilişləri barədə düşünərdim”.

Cəvahir