“Azərbaycanda həkim çatışmazlığı ciddi problemdir. Bu baxımdan ölkəmizdə həkimlərin işə qəbulu mexanizmi kökündən dəyişdirilir”.
Yenicag.az-ın xəbərinə görə, bu fikirləri Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Onun sözlərinə görə, yeni mexanizmdən sonra həkim çatışmazlığı problemi aradan qaldırılacaq.