Həkimsiz qalan məktəblər, həyatını itirən şagirdlər: Professordan ÇIXIŞ YOLU – VİDEO

Azərbaycanda şagirdlər arasında qızılca xəstəliyi yayıldıqdan sonra məktəblilər arasında ölüm hallarının baş verməsi əksər məktəblərdə tibb məntəqəsini və tibb bacısının olmaması məsələsini gündəmə gətirib.

Tibb elmləri doktoru, professor Adil Qeybulla Yenicag.az-a açıqlamasında bu məsələyə xüsusi diqqət yetirməli olduğunu vurğulayıb. O, yeni sistemə ehtiyac olduğunu bildirib.

“Dünya standartlarına müraciət etməliyik və şagird sayından asılı olaraq məktəblər tibb məntəqələri ilə təmin edilməlidir. Həmin məntəqələrdə şagirdlərin mübadilə kartları olmalıdır”, – deyə o əlavə edib.

Daha ətraflı videonu təqdim edirik:

Cəvahir