Həlak olan döyüşçülərin cəsədləri dəyişdirildi

son1402766388RİA Novosti xəbər verir ki, bu gün Azərbaycan və Ermənistan hərbçiləri Qarabağın cənubunda və şimalında BQXK-nın vasitəçiliyi ilə həlak olanların cəsədlərinin götürülməsi üçün atəşkəs barədə razılığa gəliblər.

Ağdərə rayonunun Talış qəsəbəsi ətrafında aprelin 2-si və 4-ü Azərbaycan hərbçiləri iki dəfə düşmənin müdafiəsini yararaq Talışı tuta biliblər. Burada xeyli sayda hərbçi həlak olub.

Yerli vaxtla saat 15:00-da qoşunların təmas xəttində yerləşən postlardan birinə hər iki tərəfdən BQXK nümayəndələri gəliblər. Komitənin erməni əməkdaşları Azərbaycan tərəfinə təhvil verilmək üçün bir həlak olmuş hərbçi cəsədi gətiriblər. Onların vasitəçiliyi ilə Azərbaycan tərəfindən altı həlak olmuş hərbçinin cəsədi götürülüb.

Təmas xəttində hazırda sakitlik hökm sürür.