Həlak olan hərbçimizin dəfn yeri açıqlandı

Azərbaycan Ordusunun itkin düşərək həlak olan əsgəri Ordubad rayonunda dəfn ediləcək.

Yenicag.az “Report”a istinadla xəbər verir ki, iyunun 9-da naməlum şəraitdə itkin düşərək həlak olan Azərbaycan Ordusunun əsgəri Ceyhun Tofiq oğlu Hüseynov bu gün Ordubad rayonunun Gənzə kəndində dəfn olunacaq.

Hazırda həlak olan əsgərimizin nəşi doğulduğu Gənzə kəndinə aparılır.