Hələ belə penalti təyin edilməmişdi – VİDEO

Asiya Kuboku çərçivəsində keçirilən Avstraliya-Suriya matçında maraqlı anlar yaşanıb.

Yenicag.az xəbər verir ki, oyunun meksikalı baş hakimi Sesar Ramos Palasuelos matçın 79-cu dəqiqəsində Suriya millisinin lehinə gülməli penalti təyin edib.

Suriyalı futbolçu rəqibin cərimə meydançasında öz komanda yoldaşının onu itələməsindən sonra yerə yıxılsa da, referi bunu penalti kimi qiymətləndirib.

Qeyd edək ki, penalti sayəsində hesabı 2:2 edən suriyalılar rəqibinə əlavə vaxtda uduzub – 2:3.