“Hər bir müəllimi narahat etməlidir ki, qonşu otaqda işləyən adam nə qədər bu adı doğruldur. O adı aşağı salanda, sizin də nüfuzunuz aşağı düşür”.
Yenicag.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2024: peşəkar müəllim – keyfiyyətli təhsil” adlı tədbirdə deyib.
Nazir bildirib ki, müəllim nüfuzunun keşiyində duranlar ilk növbədə müəllimlər olmalıdır:
“Hələ də kimsə hay-küy salar deyə qiymət yazan, diplom verən müəllimlər var. Bu, səhvdir. Qiymət yazmaq müəllimin əsas silahıdır. Onu necə gəldi istifadə etmək olmaz”.