Hələb terrorçular tərəfindən atəşə tutulub

b242f853-ecc6-4d64-a851-f05eb6839a36Terrorçu qruplaşmalar Hələbin qərb hissəsindəki 3 yaşayış məntəqəsini raket atəşinə tutub.
Yeniçağ.Az Report-a istinadən xəbər verir ki, bu barədə “RİA Novosti”yə şəhərin könüllü müdafiəçiləri arasındakı mənbə xəbər verib.
Məlumata görə, bunlar Həmdaniyə, Əz-Zəhrda və Yeni Hələb yaşayış məntəqələridir. Yaşayış məntəqələri “Cəbhət ən-Nüsrə” və “Nurəddin əz-Zinki” terrorçu qruplaşmaları tərəfindən hədəf seçilib.
Suriyanın dövlət telekanalının məlumatına görə, raket atəşi nəticəsində 1 mülki sakin ölüb, 10 nəfər yaralanıb.

Yeniçağ.Az