Hələbdə partlayış: 70 ölü – Dəhşətli görüntülər

Suriyada güclü partlayış baş verib.

Yeniçağ.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Hələb şəhərində törədilib. Məlumata görə, terrorçu-kamikadze avtobusların yanında özünü partladıb. Terrorda 70 nəfərin öldüyü, 100-dən çox insanın isə yaralandığı bildirilir.

Yeniçağ.az