Helikopter bazara çırpılmaqdan qaçdı, qəzaya uğradı – Ölənlər var

Meksikada şəxsi helikopterin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb.

Yenicag.az xəbər verir ki, Meksika mətbuatının məlumatına görə, helikopter Meksika paytaxtının Koyoakan bölgəsində qəzaya uğrayıb.

Axtarış-xilasetmə qrupları qəza yerinə gəlib.

Hadisə şahidlərinin sözlərinə görə, pilot helikopterin bazara çırpılmasının qarşısını almaq üçün son anda manevr edib.

Helikopterin qəzaya uğrama səbəbləri araşdırılır.

COP29