Helikopter iki hissəyə parçalandı – Yaralılar var – VİDEO

Pekində helikopter qəzaya uğrayıb.

Yenicag.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında paytaxtın şimalındakı Tszisyans körpüsünün yaxınlığında baş verib. Qəza nəticəsində 4 nəfər yaralanıb.

Helikopter qəzadan əvvəl bir neçə dəfə öz ətrafında dairəvi hərəkət edib, sonra iki hissəyə parçalanıb.

Verilən məlumata əsasən, hadisəyə texniki nasazlıq səbəb olub.