Helikopter qəzası – 3 ölü

Kanadada helikopter qəzaya uğrayıb.

Yenicag.az xəbər verir ki, hadisə Quebeç əyalətində baş verib. Qəza nəticəsində helikopterdə olan hər üç nəfər ölüb.

Məlumata görə, ölənlər helikopterin pilotu Jan-Klod Meylhot, onun qızı Janna Meylhot və Natali Desrosyer adlı qadındı.

Quebeç polisi “Robinson 44” tipli 4 nəfərlik helikopterin özəl bir şirkətə məxsus olduğunu açıqlayıb.

Polis hələ helikopterin hansı səbəbdən qəzaya uğradığını müəyyənləşdirə bilmədiklərini də bildirib. Araşdırma aparılır.