Helikopter qəzası – 6 nəfər öldü

Norveçin Alta şəhəri yaxınlığında helikopter qəzaya uğrayıb.

Yenicag.az xəbər verir ki, qəza nəticəsində helikopterdə olan pilot və 5 sərnişin ölüb.

Qəzanın səbəbi barədə məlumat verilmir.

Hadisə ilə bağlı araşdırma aparılır.