Helikopter qəzası – Ölən var

Panamanın şimal-qərbində helikopterin qəzaya uğraması nəticəsində bir nəfər həlak olub.

Yenicag.az-ın məlumatına görə, bu barədə ölkənin Mülki Aviasiya İdarəsi bildirib.

Məlumata əsasən, hadisə Çanqinola dairəsində (Bokas-del-Toro vilayəti) baş verib.

Qeyd edilib ki, pilot xəstəxanaya yerləşdirilib. Departamentin nümayəndələri artıq helikopterin qəzaya uğradığı yerdədirlər.