Helikopter qəzası – Ölənlər var

ABŞ-ın Vircin adalarında helikopter qəzaya uğrayıb.

Yenicag.az xəbər verir ki, helikopterin Sent-Tomas adasının qərbi hissəsində qəzaya uğraması barədə təcili xidmətlərə məlumat yerli vaxtla saat 15:14-də (Bakı vaxtı ilə fevralın 16-sı saat 01:14) daxil olub.

Hadisə yerində 4 nəfərin meyiti aşkarlanıb.