Helikopter qəzası – Uşaq və pilot itkin düşdü – Ölən var

Ficinin şimal-şərqində – Vanua-Leva adası sahillərində “Robinson” tibbi helikopteri qəzaya uğrayıb.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, ana ilə 2 yaşlı uşağını aparan helikopterlə əlaqə uçuş zamanı itib

Aparılan axtarışlar zamanı məlum olub ki, helikopterin qəzaya uğraması nəticəsində qadın ölüb, uşaq ilə pilot isə itkin düşüb.

Fici Hərbi Dəniz Donanmasının komandanı, kapitan Xamfri Tavake bildirib ki, itkin düşənlərin axtarışı davam edir.

Qəzanın baş vermə səbəbləri barədə məlumat verilməyib.