Helikopter qəzası – Xilasedicilər həlak oldu

BƏƏ-nin şimalında yerləşən Ras-əl-Hayma əmirliyində Cebel Cays dağında “AgustaWestland AW139” helikopteri qəzaya uğrayıb.

Yenicag.az xəbər verir ki, qəza nəticəsində helikopterin göyərtəsində olan xilasedicilər hadisə yerində həlak olub.

Bildirilir ki, göyərtədə olan xilasedicilər xilasetmə əməliyyatını həyata keçirirmişlər.

Qəzanın başvermə səbəbi araşdırılır.