Xəbər verdiyimiz kimi, bu gün Türkiyənin Bingöl ərazisində hərbi helikopterin qəzaya uğraması nəticəsində həlak olanların sayı 11 nəfərə çatıb, 2 nəfər isə yaralanıb.
Yenicag.az-ın məlumatına görə, artıq şəhid olanların kimliyi müəyyənləşməyə başlayıb.
Türkiyə mediasının yazdığına görə həlak olanlardan biri də 8-ci Ordu Korpusu Komandiri, general-leytenant Osman Ərbaşdır.
Qeyd edilir ki, Osman Ərbaşın 2016-cı ilin 15 iyulunda baş verən hərbi çevriliş cəhdinin qarşısının alınmasında önəmli xidmətləri olub.