Helikopter qəzasında şəhid olanların cənazələri ailələrinə təhvil verilir – FOTO

Dünən baş verən helikopter qəzasında şəhid olanların cənazələri ailələrinə təhvil verilir.

Yenicag.az-ın məlumatına görə, Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Hazırda hadisə ilə bağlı Baş prokurorluq tərəfindən istintaq aparılır. Helikopterin qara qutusu tapılıb, hadisə şahidlərinin ifadəsi alınıb./Trend/