Helikopter qəzasından sağ çıxan hərbçilər DANIŞDI: Qəza necə baş verib? 

DSX-nin qəzaya uğramış helikopter qəzasından sağ çıxan hərbçilər xəstəxanada açıqlama verib. 

Hadisənin canlı şahidi olanlardan biri – polkovnik-leytenant Emil Cəfərov qəzanın enişin yerinə yetirilməsi zamanı qəza baş verdiyini bildirib:

“Helikopter yerə yıxılandan ikimizi də bayıra atdı. Başqa heç nə yadımda deyil. Heç bir məhdudiyyət aşılmamışdı. Helikopter desant daşıma sayı 24 nəfərdir. Məndə ayağımda əzik var. Sərnişin kabinəsinin girişin yanında idim. Heç bir şübhəli məqam yox idi”