!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Helikopter qəzasının SƏBƏBKARI - "Qara qutunun bu ölkədə oxunması..." - HƏRBİ EKSPERT / VİDEO

!Reklam – Yazi

“Burada ən diqqət çəkən məqamlardan birisosial şəbəkədə yazıldığı kimi, helikopterin qara qutusunun Rusiyada oxunmamasıdır”.

Bu sözləri helikopter qəzasının səbəblərinin açıqlanmasına münasibət bildirən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi polisinin keçmiş rəisi, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Rövşən Məhərrəmov şəxsi qənaətinin pilotların səhvi nəticəsində qəzanın baş verməsi yönündə olduğunu bildirib:

“Hesab edirəm ki, 2012-ci ilin helikopterləri köhnə sayılmır. Uçuşlar saatlarla müəyyən olunur. Dövlət Sərhəd Xidmətinin komandanı Elçin Quliyev özü də bildirdi ki, helikopter hətta təmir də olunub. Helikopterin qara qutusunun Çexiyaya məxsus olması onlarla birgə qara qutunun oxunmasını vacib edib. Bu qərara hörmətlə yanaşmaq lazımdır. İctimaiyyətin bəzi qüvvələrinin iddiasının əksinə olaraq, qara qutu Rusiyaya yox, Çexiyaya göndərilib. Bu söz-söhbətə də beləcə son qoyulmuş oldu. Hesab edirəm ki, qərar doğrudur. Orada pilotun səhvi olub. Mütəxəssislərdən də maraqlanmışdım. Özüm Hərbi Hava Qüvvələrində də xidmət etmişəm. Təcrübəli mütəxəssislər pilot səhvini irəli sürürdülər. Sizin sayta ilk açıqlamamda da pilot səhvinin real olduğunu demişdim”.

Səxavət Məmməd

www.yenicag.az

1360
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv