Helikopter qəzaya uğradı, 6 nəfər öldü

Rusiya Federasiyasının Altay Respublikasında Mi-8 helikopteri qəzaya uğrayıb.

Yenicag.az TASS-a istinadən xəbər verir ki, qəza nəticəsində altı nəfər həlak olub.

Xəsarət alanların yeddi nəfər olduğu bildirilib.

İlkin ehtimala görə, qəzaya səbəb helikopterin eniş zamanı elektrik naqillərinə ilişməsi olub.