Helikopter qəzası, yoxsa sui-qəsd: Şahzadə və yüksək çinli məmurlar öldü

Səudiyyə Ərəbistanında helikopter qəzası baş verib.

Yenicag.az xəbər verir ki, qəza zamanı helikopterdə olan yüksək vəzifəli məmurların, eləcə də şahzadə Mənsur bin Mukrinin öldüyü bildirilir. “Al Jazeera”nin yaydığı məlumata görə, helikopterdə Əsir şəhərinin polis rəisi də olub. Ümumilikdə isə göyərtədə 9 nəfər yer alıb.

Hadisə Yəmənlə sərhəddə baş verib.

Qeyd edək ki, son dövrlərdə Səudiyyə kralının müxaliflərinə qarşı təmizləmə əməliyyatı apardığı müşahidə olunur. Mukrinin də həbs olunma ehtimalı yüksək olan prenslərdən biri olduğu vurğulanır. Bu səbəbdən də, Mukrinin həlak olduğu qəzanın sui-qəsd ola biləcəyi ehtimalı da iddia olunmaqdadır.

COP29