Helikopter yaşayış binasının üzərinə düşdü – Ölənlər var

Suriyanın Həma şəhərində hərbi helikopter qəzaya uğrayıb və yaşayış binalarının üzərinə düşüb.

Yenicag.az xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.

Suriyanın Müdafiə Nazirliyi helikopterin ekipajının həlak olduğunu bildirib, lakin binaların sakinləri arasında itkilər barədə məlumat verilməyib. Helikopterin texniki nasazlıq səbəbindən qəzaya uğradığı qeyd olunur.

Рейтинг@Mail.ru Яндекс.Метрика