!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan hər an müharibəyə başlaya bilər

!Reklam – Yazi

img1678551Fərəc Quliyev: “Son hadisə onu təsdiqlədi ki, Azərbaycanla razılaşmasalar, ölkəmiz  güc tətbiqində tərəddüd etməyəcək”

Xəbər verildiyi kimi, Azərbaycan Silahlı Qüvvələri təmas xəttində Ermənistanın hərbi helikopterini vuraraq məhv edib. Görəsən, baş verən bu olay hansı anlama gəlir? Bu artıq o anlama gəlir ki, Azərbaycan torpaqlar azad olunanadək məqsədindən geri çəkilən deyil və o bu məqsədin reallaşması üçün güc tətbiqindən də yararlanmağa qadirdir.

teleqraf.com1401970339ferec-quliyevMillət vəkili Fərəc Quliyev Yenicag.az saytına açıqlamasında ermənilərə güc göstərməyin doğru yanaşma olduğunu bildirdi: “Azərbaycan torpaqlarını itirib. Beynəlxalq güclər ölkəmizə kompromis variant təklif edəndə, əslində Azərbaycanı geri çəkmək istəyirlər. Amma Azərbaycan  ərazilərini itirən tərəf olaraq, həm də ədalətli tərəfdir.  Ölkəmiz kifayət qədər səbrlə gözlədi ki, benyəlxalq güclər dinc vasitələrlə problemi həll etsin. Azərbaycan hər dəfə bəyan edib ki, problemin dinc yolla həllini istəməsinə baxmayaraq, bu baş vermədikdə, torpaqlarımızı hərbi yolla azad etmək iqtidarındayıq.  Son hadisələr onu göstərdi ki, Azərbaycan bütün, xüsusən də hərbi, iqtisadi göstəriciləri, dünyada qazandığı nüfuzu ilə Ermənistandan qat-qat güclüdür. Baxmayaraq ki, Ermənistanın arxasında başqa güclər dayanır. Son hadisə həm də onu təsdiqlədi ki, Azərbaycanla razılaşmasalar, ölkəmiz  güc tətbiqində tərəddüd etməyəcək. Hesab edirəm ki, bu doğru yanaşma və doğru mesajdır. Ermənilərin status-kvonu saxlamaq naminə süründürməçilik siyasətinə son qoymaq üçün Azərbaycanın hərbi yola əl atmağının zamanıdır. Əslində, müharibə bitməyib, hər gün əməliyyatlar davam edir. Sadəcə olaraq, müharibə aktiv fazaya keçməyib. Onun aktiv fazaya keçməsi ölkəmiz üçün sərfəlidir. Ermənilər müdafiə nazirləri səviyyəsində də Azərbaycanın gücünü dəfələrlə etiraf ediblər. Dünya Azərbaycanı və Ermənistanı tərəf kimi qəbul edirsə, tərəfsiz olaraq, BMT-nin verdiyi 4 qətnamənin həyata keçməsinə çalışmalıdır. Bunun üçün BMT Nizamnaməsinin 7-ci bəndi və 41-42-ci paraqrafları var. Orada göstərilir ki, hərbi və ya qeyri-hərbi sanksiyalarla qətnamələr həyata keçməlidir.  Beynəlxalq aləmin Azərbaycanın işğalçıya güc göstərməsinə reaksiyası bundan artıq ola bilməz.  Olarsa, bu qərəzli reaksiya olar”.

Rüfət

www.yenicag.az

560
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv