!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Həm İŞİD və PKK, həm də FETÖ ilə mübarizə aparırıq" - Mövlud Çavuşoğlu

!Reklam – Yazi

Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlu Birləşmiş Millətlər Təşkilatında keçirilən Yeni Zelandiya Zirvə Görüşündə çıxış edib.

Yenicag.az nazirin çıxışını təqdim edir:

“Bismilləhir rəhmanir rəhim.

Cənab Sədr,

Dəyərli nümayəndələr,

Bu gün,“bəşəriyyətin vicdan məclisi” olarak yaradılan bu çətir altında,hamımız üçün getdikcə böyüyən bir təhdidi müzakirə etmək və bu təhdidə qarşı ortaq bir mövqe nümayiş etdirmək üçün bir yerə toplaşmışıq.BMT Baş Assambleyası bu gün ən əsas dəyərimiz olan insan həyatının müqəddəsliyi ətrafında bizi bir araya gətirir. Ancaq əsas olan bu dəyərimiz,terrorçuların və terrorizmin açıq təcavüzü altındadır.Martın 15-də Yeni Zelandiyanın Kraystçörç  şəhərində son dərəcə peşəkar,planlı və təşkilatlı faşist və vəhşi terrorçu,məsciddə ibadət edən 51 Müsəlmanı şəhid edib bir çox insanı yaralayarkən əsasən bəşəriyyətin ortaq dəyərlərini hədəf almışdır. Bu gün burada məhz İslam və bəşəriyyət düşməni olan hücumu pisləmək və təcavüzün qurbanlarını anmaq üçün son dərəcə mənalı bir həmrəylik göstəririk.Bütün terrorçulara qarşı dimdik duraraq dünyaya bu mesajı veririk:Nəfsə,nifrətə,qorxuya və yaratmağa çalışdığınız şiddət burulğanında yox olub gedəcəksiniz və ƏSLA HEÇ NƏYƏ NAİL OLMAYACAQSINIZ. Burada,Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının çətiri altında hər inancdan,hər coğrafiyadan,hər irq və millətdən olan nümayəndələrin bu iradəni ortaya qoyması sizin çirkli ideologiyalarınıza və mənfur hücumlarınıza qarşı verilən ən mənalı cavabdır.

Dəyərli nümayəndələr,

Türk xalqı adından müqəddəs ibadət məkanlarında vəhşicəsinə qətlə yetirilən günahsız insanların ailələrinə,həmçinin Yeni Zelandiya hökumətinə və xalqına başsağlığımı bildirirəm. Həmrəyliyimizi göstərmək üçün cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğan,terror hücumundan dərhal sonra Türkiyənin vitse-prezidentini və məni Yeni Zelandiyaya ziyarət etmək üçün tapşırıq verdi.Baş nazir cənab Ardern və hökumətinin rəhbərliyi altında Yeni Zelandiya xalqının güclü duruşuna və qüruruna,həmçinin ölkələrində yaşayan müsəlman cəmiyyətinə səmimi bir şəkildə necə sahib olduqlarına şəxsən şahid olduq.Bildiyiniz kimi Türkiyə,terrorun hər növünə qarşı həm milli,həm də beynəlxalq səviyyədə illərdir son dərəcə qərarlı mübarizə aparan bir ölkədir. Bu gün eyni zamanda həm İŞİD,həm PKK-PYD-YPG,həm DHKP-C,həm də FETÖ terror təşkilatları ilə amansız və qərarlı bir mübarizə aparırıq.Terrorizmə qarşı qlobal miqyasda mübarizəyə qarşı səyləri gücləndirmək Türkiyənin ən mühüm prioritetlərindən biri olmağa daim davam edəcək.Bu düşüncə ilə iyun ayının 22-də  İstanbulda İslam Əməkdaşlıq Təşkilatının sədri kimi (İƏT) Xarici İşlər Nazirləri Şurasının növbədənkənar toplantısını keçirdik.Toplantının birgə bəyanatında da qeyd etdiyimiz kimi heç bir terror aktı,məqsəd nə olursa olsun,harada və kim tərəfindən həyata keçirilirsə keçirilsin üzrlü olaraq görülə və ya göstərilə bilməz.Kraystçörç terror hücumu faciəsi,bütün bəşəriyyət üçün dözümsüzlük,irqçilik,İslam və xarici düşmənçiliyinin güman ediləndən daha çox böyük təhdidləri bəsləyib böyütdüyünü dünyaya göstərmişdir.Şübhəsiz ki,bütün bu faktlar,Müsəlman düşmənliyi və irqçilik çox zaman bir-biriylə əlaqəlidir.Artıq irqçi,xarici düşmənçiliyi,İslam əleyhinə ifadələr və zorakılıq gözardı edilə bilməz.BMT Baş Assambleyası daxil olmaqla beynəlxalq ictimaiyyət də bu mənada məsuliyyətdən azad sayıla bilməz.Xarici düşmənçilik və irqçiliyə qarşı bəşəriyyətin ortaq səsinin eşidilməsi şərtdir.Beləliklə məhz burada miqrantlar,azlıqlar və bütün inanc sahibləri də daxil olmaqla hamımızın,bütöv bir bəşəriyyətin parçası olduğumuzu vurğulayan qlobal bir səfərbərlik elan edilməlidir.Anti-müsəlman,antisemitizm və anti-xristianlıq daxil olmaqla irqçiliyin heç bir növünün əsla qəbul edilməyəcəyi açıqlanmalıdır.Unutmayaq ki tək bir adamın belə təhlükəsizlikdə olmadığı bir dünyada heç birimiz təhlükəsizlikdə ola bilmərik.Məsələyə bu prizmadan yanaşmalıyıq və ümumi təhdidlərlə ancaq ortaq bir həssaslıq və qətiyyət nümayiş etdirəcəyimiz təqdirdə mübarizə apara biləcəyimizi unutmamalıyıq.

Dəyərli nümayəndələr,

Dünyanın harasında olursa olsun,terroru və terror hadisələrini bəsləyən radikallaşma prosesinin əsasında yanlış və təhrif edilmiş tarixi məlumatlar ilə zəhərli sui-qəsd nəzəriyyələri mövcuddur. İslamı terrorçuluqla əlaqələndirməyə israr edən təcrübəsiz siyasətçiləri və mətbuat orqanlarını bu terror hücumunu bəsləyən amillərin başında gəldiğini gözardı etməməliyik.Mənası “sülh” olan uca dinimiz,İslamı terrorla yanaşı göstərməyə çalışan hədsiz,haqsız və qərəzli yanaşmaları bu şüar altında bir daha rədd edir və pisləyirik.İslam terrorizmi,Xristian terrorizmi,Yəhudi terrorizmi və ya Buddist terrorizmi kimi anlayışları hamımız birlikdə rədd etməliyik.Terrorun dini,dili,irqi və milliyyəti yoxdur.Terror,insanlığa qarşı bir cinayətdir.Bu həqiqəti dərk etmək və dərk edərkən hər kəs üçün ortaq bir anlayışa sövq etmək siyasət və medianın ortaq məsuliyyətidir.Artan ədalətsizlik,mühakimələr,ayrı-seçkilik,dözümsüzlük,nifrət cinayətləri və nifrət ritorikasına qarşı təsirli tədbirlərin görülməsinin tam zamanıdır.Bu dəhşətli meyllərin cəmiyyətlərimizi zəhərləməsinə və şiddət yaratmasına yol verə bilmərik.Bu istiqamətdə,mövcud qanunvericiliyimizi effektiv şəkildə tətbiq etməli,həmçinin yeni qanuni tənzimləmələr tətbiq etməliyik.Cəmiyyətin bütün ünsürlərinin,ideoloqların,siyasi liderlərin,media və rəqəmsal media aktyorlarının səfərbər edilməsi mütləq bir zərurətdir.Terror aktlarını qızışdıran,həyata keçirən,maliyyələşdirən və dəstəkləyənlərin hesab vermələrini təmin etməliyik.Bu istiqamətdə nifrət cinayətlərinin təqibi,qeydiyyatı və hesabatının hazırlanması həyati əhəmiyyətə malikdir.

Dəyərli nümayəndələr,

Dünyamız,nadir görülən qeyri-müəyyənlik və dəyişiklik prosesindən keçir.Münaqişələr daha mürəkkəb hala gəlir.Yurdda sülh ilə dünyada sülh,bütün ölkələrdə bir-biri ilə əlaqəli olmağa davam edir.Sülhə yönəlik təhdidlərə biganə qalmaq və BMT Baş Assambleyasının bütün imkanlarından istifadə etməmək,üzləşmiş olduğumuz sınaqlara qarşı verəcəyimiz ən pis cavab olacaqdır.Bu səbəblə,”Dini və ya əqidə təməlli terror və digər zorakılıq aktları ilə mübarizə” adlı bu qərarı qəbul etmək üçün toplaşmışıq.Bu qərar,beynəlxalq aləmə birlik içində bu mesajları verəcək:

-Ayrı-seçkilik və terrorun hər növü qlobal təhdiddir.

-İkili standartların və ya qarışıqlığın olmadığı vahid,ardıcıl və aydın bir ədalət ölçüsünə malikik. Biz,İslam düşmənçiliyini də,anti-semitizmi də,Xristian ziddiyyətini də insanlıq cinayəti kimi görürük.

-Ayrı-seçkilik və terrorun hər növünü hiçbir tərəddüd olmadan pisləyirik.

-Heç vaxt pessimizmə qapılmadan güclərimizi birləşdirməyi təəhhüd edirik.

Bu toplantımız və qərarın qəbul edilməsi,beynəlxalq cəmiyyət üçün bir məhək daşı,bir era olacaq və hər kəs üçün əsas yol xəritəsi xarakteri daşıyacaqdır.

Baş Katib Cənab Quterreşə,dini məkanlara hücumların qarşısını almaq və bu məkanların müqəddəsliyini mühafizə etməyə yönəlmiş bir Fəaliyyət Planı inkişaf etdirməsi məqsədi ilə BMT-nin Mədəniyyətlər İttifaqı Təşəbbüsünə qarşı məqsədəuyğun çağırışına görə minnətdarlığımı ifadə edirəm. Qurucularından biri olduğumuz bu təşəbbüsün potensialını çox gözəl bilirik. Sözlərimə son verərkən,nümayiş etdirdikləri güclü dəstək və həmrəyliyə görə Baş Assambleyanın sədri cənab Espinosa,bu gün bizimlə olan müavini səfir Əl-Taniyə ve və üzv dövlətlərə təşəkkür edirəm.Baş Assambleyaya, dünya üzrə bütün qərəzlərə,ayrı-seçkiliyə,dözümsüzlüyə,qarşıdurmaya,nifrətə,irqçiliyə və terrorizmə qarşı mübarizə etmə mövzusundakı birgə əzmimizi güclü bir şəkildə təsdiq etməyə çağırıram.Sözlərimi,800 il əvvəl Anadoluda yaşamış və mesajları bütün bəşəriyyəti əhatə edən Mövlana Cəlaləddin Ruminin dəvətini xatırladaraq tamamlayıram:

Xoş görünün qulağı ilə dinləyin,

Şəfqətin gözləri ilə görün,

Sevginin dili ilə danışın.

Təşəkkür edirəm”.

www.yenicag.az

3548
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv