HƏMAS danışıqlar masasına qayıtmağa hazırdır

HƏMAS-ın nümayəndə heyəti Qəzza zolağında mümkün atəşkəsə dair danışıqları davam etdirmək üçün tezliklə yenidən Misirə səfər edəcək.

Yenicag.az xəbər verir ki, bu, təşkilatın bəyanatında deyilir.

HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə yeni təklifləri müsbət qiymətləndirib.

Əvvəllər bildirilmişdi ki, İsrail və Misir tərəfindən hazırlanmış yeni təklif, Qəzza zolağının şimalındakı məcburi köçkün fələstinlilərin tam şəkildə öz evlərinə qayıtmasını nəzərdə tutur.

33 girovun təxminən 900 fələstinli məhbusla dəyişdirilməsindən sonra başlayacaq razılaşmanın ikinci mərhələsinin icrası çərçivəsində davamlı atəşkəsin müzakirəsi gedəcək.

Müqavilə layihəsi ötən Şənbə günü HƏMAS-a göndərilib.